Bu gün "El Klasiko" olacaq

 Bu gün "El Klasiko" olacaq

Bu gün İspaniya La Liqasında tarixi "El Klasiko"lardan daha biri baş tutacaq.

Mediasport.az xəbər verir ki, Primeranın 11-ci turuna təsadüf edəcək əbədi və əzəli qarşılaşmada "Barselona" "Real"ı qəbul edəcək.

Oyun Bakı vaxtilə saat 18:15-də başlanacaq.

Meydan sahiblərinin heyətində Jül Kunde, Pedri, Serxio Roberto, qonaqlardan isə Dani Sebalyos, Tibo Kurtua, Arda Gülər və Eder Militao zədə səbəbindən meydana çıxmayacaq.

10 turdan sonra 25 xal toplayan "Real" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 24 xalı olan "Barselona" isə üçüncü yerdədir.