AFFA İcraiyyə Komitəsinin iclası olacaq - Klubların sayı artırılacaq?
Avqustun 16-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq.
mediasport.az xəbər verir ki, toplantı saat 10:00-da başlanacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023/2024-cü illər mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi;
2. Digər məsələlər.
Qeyd edək ki, bir müddət əvvəl federasiyanın 1 və 2-ci Liqada klubların sayını artıracağı ilə bağlı xəbər yayılmışdı.