Bu gün İstanbul derbisi keçiriləcək

Bu gün İstanbul derbisi keçiriləcək

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi baş tutacaq.

Mediasport.az xəbər verir ki, əzəli və əbədi rəqiblər - "Fənərbağça" ilə "Qalatasaray" birincilərin stadionunda üz-üzə gələcəklər.

Start fiti 21:00-da səslənəcək qarşılaşmanın baş hakimi Atilla Karaoğlan olacaq. Hər iki komanda meydana itkilərlə çıxacaq.

Joze Mourinyo ingiltərəli Rayan Kent və nigeriyalı Osayi Samuelin xidmətindən yararlana bilməyəcək.

"Qalatasaray"ın heyətində argentinalı ulduz forvard Mauro İkardi isə zədə səbəbindən prinsipial qarşılaşmada yer almayacaq.

"Fənərbağça" və "Qalatasaray" bu gün keçiriləcək oyuna qədər 134 dəfə qarşılaşıblar. 53 oyunda "Fənərbağça", 37 qarşılaşmada "Qalatasaray" qələbə qazanıb, 44 görüş "sülh"lə yekunlaşıb.

Komandalar arasındakı son 10 matçda "Qalatasaray" 5, "Fənərbağça" 3 qələbə qazanıb.

Derbidə ən çox forma geyinən oyunçu "sarı-qırmızılar"ın üzvü Fernando Musleradır. 2011/12 mövsümündə "Qalatasaray"a keçən dəri əlcək sahibi 58 derbidə iştirak edib. Buna qədər Superliqada 26, Türkiyə Kubokunda 4, Türkiyə Super Kubokunda 1, ümumilikdə "Fənərbağça"ya qarşı oynadığı 31 matçda 12 qələbə qazanıb, 10 heç-heçə edib, 9 dəfə uduzub.

"Qalatasaray" Okan Burukun rəhbərliyi altında "Fənərbağça"ya qarşı keçirdiyi son 4 oyunda cəmi bir dəfə məğlub olub (19 may 2024-cü il - 0:1).

Türkiyə Superliqası. 6-cı tur

21 sentyabr

21:00 "Fənərbağça" - "Qalatasaray"