"Bu yarış gələn il MDB ölkələri arasında Xankəndidə keçiriləcək"
"Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək. İşğaldan azad olunmuş torpağımıza bu idman növünün gəlişi simvolikdir".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev söyləyib.
Federasiya rəhbəri bu idman növündə daha da inkişaf etmək istədiklərini bildirib:
"İdmançılarımızın daha yaxşı nəticə göstərə bilmələri üçün lazımi şəraiti yaratmağa çalışırıq. Bəlkə də, kamandan oxatma bu gün ola biləcək ən yaxşı səviyyədə deyil, amma çox böyük potensial var. Yeni klubların sayının artmasını istəyirik".
Anar Quliyev yalnız paytaxt Bakıda yox, eyni zamanda, regionlarda da inkişafa nail olmaq istədiklərini vurğulayıb.