Bundesliqada oynanış futbolçunun Azərbaycan klubuna keçidi rəsmiləşdi

Bundesliqada oynanış futbolçunun Azərbaycan klubuna keçidi rəsmiləşdi

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Premyer Liqa təmsilçisi Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb.

Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın "Austriya" klubuna transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib.

Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.

Qeyd edək ki, transferlə bağlı ilk xəbəri iyulun 19-da MediaSport.az yazıb - (https://mediasport.az/ozel-premyer-liqa-klubu-bundesliqada-oynamis-futbolcunu-transfer-etdi)