Premyer Liqa klubu Bundesliqada oynamış futbolçu ilə gücləndi - ÖZƏL!

Premyer Liqa klubu Bundesliqada oynamış futbolçu ilə gücləndi - ÖZƏL!

Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırlıqlarını davam etdirən "Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az saytının əldə etdiyi məlumata görə, ötən mövsüm Birinci Divizionda çempion olmuş komanda Məhəmməd Qədirini (Mohammed Kadiri) transfer edib.

27 yaşlı qanalı dayaq yarımmüdafiəçisi stoper mövqeyində də oynaya bilir. Son klubu Macarıstanda "Honved" olmuş afrikalı ilə bütün detallar razılaşdırılıb. Məhəmməd komandanın düşərgəsinə 1-2 günə qoşulacaq.

Kifayət qədər zəngin karyeraya malik futbolçu ölkəsində "Aşanti Qold", 3 il Avstriya Bundesliqasında "Austriya" (Vyana), Rusiya Premyer Liqasında "Arsenal" (Tula), Ukrayna Premyer Liqasında "Dinamo" (Kiyev) və "Çernomorets" (Odessa) kimi klublarda forma geyinib.