Renduliçi istefaya göndərəcklər? - "Kəpəz"dən "Sabah"a ATMACA
Premyer Liqa təmsilçisi “Kəpəz”in sosial şəbəkə hesablarında maraqlı paylaşım edilib.
Mediasport.az xəbər verir ki, Gəncə klubunun mətbuat xidməti Roman Qriqorçukla Şahin Diniyevin şəklini paylaşıb, Krunoslav Renduliçə atmaca ünvanlayıb.
Qərblilər cari mövsüm autsayderlər sırasında qərarlaşsalar da, iki baş məşqçinin istefasına səbəb olublar.
Mövsümdə cəmi 2 qələbəsi olan "Kəpəz" 9-cu turda "Neftçi"ni məğlub etməklə (4:3) Roman Qriqorçukun, ötən həftə sonu isə "Səbail"ə qalib gəlməklə (1:0) Şahin Diniyevin "sonunu gətirib".
Növbəti turda "Sabah"la qarşılaşacaq gəncəlilərin “Sırada Renduliç var” qeydi sosial şəbəkədə maraqla qarşılanıb.
Görüş noyabrın 9-da baş tutacaq.