Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gecə futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində daha iki görüş baş tutacaq.

Yarışın son finalçısı "İnter" Madriddə meydana 1:0 hesablı üstünlüklə çıxacaq.

1/4 finala sonuncu vəsiqənin sahibini isə ötən həftə Niderlandda "sülh" bağlayan "Borussiya" ilə PSV müəyyənləşdirəcək.

Qeyd edək ki, daha əvvəl 6 klub adını 1/4-ə yazdırıb: "Mançester Siti", "Real", "Bavariya", PSJ, "Arsenal" və "Barselona".


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


00:00 "Atletiko" (İspaniya) - "İnter" (İtaliya) 

Baş hakim: Şimon Marçinyak (Polşa)

Madrid, "Metropolitano" stadionu, ilk oyun - 0:1 


00:00 "Borussiya" D. (Almaniya) - PSV (Niderland)

Baş hakim: Daniele Orsato (İtaliya)

Dortmund, "Siqnal İduna Park" stadionu, ilk oyun - 1:1