Çempionlar Liqasında həftənin futbolçusu olmağa namizədlər
Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
mediasport.az xəbər verir ki, bu ada iddialılar "Mançester Siti"dən Bernardo Silva ilə Rodri, İtaliyanın "İnter" komandasından Lautaro Martines və Hakan Çalhanoğludur.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.