"ÇL: Qalatasaray" pley-offun ilk qarşılaşmasında məğlub oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində daha 4 qarşılaşma keçirilib.
Mediasport.az xəbər verir ki, son Türkiyə çempionu "Qalatasaray" səfərdə "Yanq Boys"a uduzub.
Çexiya və Avstriya təmsilçiləri qələbə qazanıblar, bir görüşdə qalib müəyyənləşməyib.
Cavab oyunları avqustun 27-28-də baş tutacaq.
Mərhələnin ilk oyun günündə 3 matç keçirilib.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar
"Yanq Boys" (İsveçrə) - "Qalatasaray" (Türkiyə) 3:2
"Midtyulland" (Danimarka) - "Slovan" (Slovakiya) 1:1
"Dinamo" (Kiyev, Ukrayna) - "Zalsburq" (Avstriya) 0:2
"Malmö" (İsveç) - "Sparta" (Praqa, Çexiya) 0:2