ÇL-də həftənin rəmzi komandası

ÇL-də həftənin rəmzi komandası

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

mediasport.az xəbər verir ki, simvolik heyətdə qapıçı - Ederson ("Mançester Siti"), müdafiəçilər - Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan"), yarımmüdafiəçilər - Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter"), hücumçular - Xulian Alvares ("Mançester Siti") və Lautaro Martines ("İnter") yer alıblar.

Qitənin bir nömrəli klub yarışının finalı iyunun 10-da İstanbuldakı Atatürt Olimpiya Stadionunda keçiriləcək və "Mançester Siti" ilə "İnter" qarşılaşacaq.