Qafarlı AÇ-də bu dəfə 3-cü hakim funksiyasını yerinə yetirəcək
19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Hikmət Qafarlıya Fransa – Portuqaliya matçının ardından növbəti təyinat verilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisi ilk qarşılaşmada baş hakim olmuşdusa, bu dəfə 3-cü referi funksiyasını yerinə yetirəcək.
Qafarlı Ukrayna – Finlandiya matçına təyinat alıb. Baş hakim fransız Jülyen Lanq olacaq.