Azərbaycan I Liqasında çempionun mükafatlandırılacağı tarix açıqlandı

Azərbaycan I Liqasında çempionun mükafatlandırılacağı tarix açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2023/2024-cü illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq.

Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.

Qeyd edək ki, sona 1 tur qalmış çempionatda 54 xalla "Şamaxı" liderdir və son matçını evdə keçirəcək.

Ən yaxın ilzəyicisi - hesabında 53 xal olan "Qaradağ Lökbatan" isə Mingəçevir səfərinə yollanacaq.