Azərbaycan klubu çempionatı tərk edəcək? - Rəhbərdən AÇIQLAMA

Azərbaycan klubu çempionatı tərk edəcək? - Rəhbərdən AÇIQLAMA

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Lerik" yaxşı günlərini yaşamır.

Mediasport.az xəbər verir ki, maliyyə sıxıntıları çəkən bölgə təmsilçisi çətin vəziyyətlə üzləşib.

2 ildir yaradılmış mübarizə aparan komandanın dağılması an məsələsidir.

Klubun İdarə Heyətinin sədri Famil Məmmədov sosial şəbəkədə bununla bağlı narahatlığını bölüşüb, heç yerdən dəstək ala bilmədiklərini paylaşıb:

"Lerik" Peşəkar Futbol Klubunun əsasını 2 il bundan öncə qoyduq. Hazırda bölgədə peşəkar liqada oyunayan yeganə futbol klubu statusunu daşıyırıq.

Başa düşürük ki, futbol azarkeşləri və leriklilər nəticə istəyir, amma mövcud şərait və maliyyə ilə biz yalnız liqada yerimizi qoruya bilirik. Bəzən isə məğlub olduğumuz oyunlardan sonra əsassız fikirlər və yazılar görürük.

Komandanın məğlubiyyətinə idarə heyətində olan şəxslər kimi heç kim məyus ola bilməz. Bizim oyun zamanı keçirtdiyimiz həyəcan və stressi heç kim keçirə bilməz.

Biz, sadəcə, dəstək istəyirik, digər neqativlərlə komanda üzvlərinə psxoloji təsir yox. Bu günə qədər mənimlə birlikdə olanlar bilir ki, futbola görə hansı fədakarlıqları etmişəm.

Eyni zamanda komandam da mənim qədər bunları edib. 2 ildir artıq çox qapı döymüşük, çox şəxslə görüşmüşük, amma görünən odur ki, dəstək yoxdur, sadəcə, vədlər var.

Bu komanda Lerikin adını daşıyırsa, demək ki, bütün nəticələri, uğurları ilə birgə bütün leriklilərin və bölgənin klubudur. Komanda təkcə məndən aslı olmamalıdır.

Bütün bunları nəzərə alaraq, klubla bağlı yaxın günlərdə vacib bir qərarımızı ictimaiyyətə çatdıracağıq. Bu günə qədər bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildirik!".

Xatırladaq ki, "Lerik" cari mövsüm geridə qalan 4 turdan sonra 2 qələbə və 2 məğlubiyyətlə 6 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.