"Klubun heç bir futbolçuya, hər hansı bir işçiyə borcu yoxdur"

"Klubun heç bir futbolçuya, hər hansı bir işçiyə borcu yoxdur"

"Kubok oyununda "Zaqatala"ya, 1-ci Liqada "Saatlı"ya qalib gəlməyimiz futbolçularda ruh yüksəkliyi və özünə inamı artırıb".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"ya yeni baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli mütəxəssis qarşıdakı matçlardan, klubun hədəflərindən danışıb:

 "Liqada növbəti görüşümüz yığmadan yaxşı tanıdığım, məşqçim olan Əsgər Abdullayevin "İmişli" komandasına qarşı olacaq. Əsgər müəllimin necə məşqçi olduğunu Azərbaycan bilir. Əzmkar, sona qədər vuruşan komanda formalaşdırıb. Bizi maraqlı görüş gözləyirik. Qarşımızdakı rəqibin layiqli olduğunu son həfətədə uşaqlara başa salmışam. Bir-iki zədəli futbolçumuz var. Çalışacağıq ki, onları da bu oyuna hazırlayaq. İnanımımız böyükdür, çalışıb bu oyundan qalibiyyətlə ayrılacağıq.

Hədəflərimizə gəlincə, məqsədimiz yalnız Premyer Liqaya qayıtmaqdır. Bunu hamımız bir olub reallaşdırmalıyıq. Heyətdəki futbolçularımız yetərlidir ki, gücümüzü tam ortaya qoyub qarşımızda dayanan məqsədə çataq".

Ramiz Məmmədov "Şamaxı"nın futbolçularına olan bütün borclarını ödədiyini də vurğulayıb:

"Klubun hal-hazırda heç bir futbolçuya, hər hansı bir işçiyə borcu yoxdur. Bütün maaşlar tam ödənilib".

Qeyd edək ki, Şamaxı təmsilçisi 10 turdan sonra Azərbaycan 1-ci Liqasında 18 xal toplayıb və "İmişli" ilə 3-4-cü yerləri bölüşdürür.


Tarverdi