Yeni transfer "Qəbələ" tarixinin 900-cü qolunun müəllifi oldu

  Yeni transfer "Qəbələ" tarixinin 900-cü qolunun müəllifi oldu

"Qəbələ" Azərbaycan 1-ci Liqasının 2-ci turunda "Qaradağ Lökbatan"ı məğlub edib (5:0).

Mediasport.az xəbər verir ki, həmin görüşdə "qırmızı-qaralar"ın tarixində 900-cü qol vurulub.

Yubiley qoluna penalti zərbəsini dəqiq yerinə yetirən nigeriyalı Abdullahi Şuaybu olub.

900 qoldan 643-ü Premyer Liqa, 138-i ölkə kuboku, 77-si I Liqa, 42-si avrokuboklarda qeydə alınıb.

Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub.

Qəbələ təmsilçisi Premyer Liqada 301, ölkə kubokunda 53, 1-ci Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.

"Qəbələ"nin tarixində ilk qol 2005-ci il 21 sentyabrda vurulub ("Qəbələ" - "Şərur" 8:0).