Ceyms Milnerdən yeni rekord

  Ceyms Milnerdən yeni rekord

"Brayton"un futbolçusu 38 yaşlı Ceyms Milner Premyer Liqa tarixində yeni rekord müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü ölkə çempionatında ardıcıl 23 mövsüm meydana çıxıb. Beləliklə, o, uelsli Rayan Giqqzi geridə buraxıb (22 mövsüm).

Növbəti pillələrdə Qaret Berri ("Everton", 21 mövsüm), Rio Ferdinand ("Mançester Yunayted", 20 mövsüm), Frenk Lempard ("Çelsi", 20 mövsüm) qərarlaşıb.