İspaniyadan maksimum nəticə, İtaliya dramatik oyunla 1/8 finalda

İspaniyadan maksimum nəticə, İtaliya dramatik oyunla 1/8 finalda

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turu çərçivəsində daha iki matç oynanılıb.

İspaniya maksimum nəticə ilə adını pley-offa yazdırıbsa, İtaliya buna dramatik duellə nail olub.

Mattia Zakkanyi son saniyələrdə fərqlənərək apenninliləri 1/8 finala daşıyıb.

Xatırladaq ki, Almaniya və İsveçrə dünən rəsmən pley-offa yüksəlib, Portuqaliya isə qrupda tutacağı yerdən asılı olmayaraq, minimum vəzifənin öhdəsindən gəlib.


Avropa çempionatı. Qrup mərhələsi. 3-cü tur


B qrupu

Albaniya - İspaniya 0:1

Qol: Ferran Torres, 13.

Baş hakim: Qlenn Nüberq (İsveç)

Düsseldorf. "Düsseldorf Arena"


Xorvatiya - İtaliya 1:1

Qollar: Luka Modriç, 55 - Mattia Zakkanyi, 90+8.

Baş hakim: Danni Makkelie (Niderland)

Leypsiq. "Leypsiq Arena"

Xal durumu: İspaniya - 9 xal, İtaliya - 4 xal, Xorvatiya - 2 xal, Albaniya - 1 xal.