"Çelsi" ona tapşırıldı - RƏSMİ

"Çelsi" ona tapşırıldı - RƏSMİ

"Çelsi"ni uğursuzluq zolağından çıxara bilməyən Qrem Potter baş məşqçi postundan uzaqlaşdırılıb.

mediasport.az xəbər verir ki, London klubuna 2022-ci ilin sentyabrından rəhbərlik edən mütəxəssis qarşılıqlı razılaşma əsasında istefaya göndərilib.

47 yaşlı məşqçinin gedişi Premyer Liqanın hesabat turunun "Aston Villa" ilə ev oyunundakı məğlubiyyətdən (0:2) sonra reallaşıb. Rəhbərliyin qərarına əsasən, komandaya müvəqqəti olaraq Bruno Saltor baş məşqçilik edəcək. Son iş yeri "Brayton" olan 42 yaşlı ispaniyalı "Valensiya"dakı çıxışı ilə yadda qalıb.

"Zadəganlar" 29 turdan sonra 38 xalla 11-ci pillədə qərarlaşıblar və liderlər qrupundan xeyli uzaq düşüblər.