1/4 və 1/2 final mərhələlərinin püşkü atılır - ÇL, AL və KL

1/4 və 1/2 final mərhələlərinin püşkü atılır - ÇL, AL və KL

Bu gün futbol üzrə Avropanın üç klub turnirində 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimləri keçiriləcək.

Mediasport.az xəbər verir ki, UEFA-nın İsveçrədəki qərargahında təşkil olunacaq tədbirdə ilk Çempionlar Liqasının püşkü atılacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/4 final matçları 9/10 aprel və 16/17 apreldə, yarımfinal oyunları isə 30 aprel/1 may və 7/8 may tarixlərində keçiriləcək. 


Çempionlar Liqasında 1/4 finalın iştirakçıları

"Arsenal" (İngiltərə)

"Atletiko" (İspaniya)

"Bavariya" (Almaniya)

"Barselona" (İspaniya)

"Borussiya" Dortmund (Almaniya)

"Mançester Siti" (İngiltərə)

PSJ (Fransa)

"Real" (İspaniya)


Bakı vaxtilə saat 16:00-dan etibarən UEFA Avropa Liqasının 1/4 və 1/2 final mərhələlərinin püşkü atılacaq. 1/4 final görüşləri 11 aprel və 18 apreldə, yarımfinal oyunları isə 2 may və 9 may tarixlərində baş tutacaq.


Avropa Liqasında 1/4 finalın iştirakçıları

"Atalanta" (İtaliya)

"Roma" (İtaliya)

"Bayer" (Almaniya)

"Liverpul" (İngiltərə)

"Benfika" (Portuqaliya)

"Milan" (İtaliya)

"Marsel" (Fransa)

"Vest Hem" (İngiltərə)


Bakı vaxtı ilə saat 17:00-da isə Avropa Konfrans Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi olacaq. Burada 1/4 final qarşılaşmaları 11 aprel və 18 apreldə, yarımfinal duelləri 2 may və 9 may tarixlərində keçiriləcək. 


Konfrans Liqasında 1/4 finalın iştirakçıları

"Viktoriya" (Çexiya)

"Aston Villa" (İngiltərə)

"Brügge" (Belçika)

"Fənərbaxça" (Türkiyə)

PAOK (Yunanıstan)

"Lill" (Fransa)

"Fiorentina" (İtaliya)

"Olimpiakos" (Yunanıstan)