Bakıda 3 top buraxan qapıçı: "Hər şey ilk növbədə məndən başlayır"
Avroliqanın qrupunda "Qarabağ"ın rəqibi "Nant"ın qapıçısı Alban Lafon Bakıda 0:3 hesabı ilə məğlub olduqları görüşü xatırlayıb. MediaSport.az xəbər verir ki, 3 ildir Nant təmsilçisinin heyətində çıxış edən 23 yaşlı qolkiper çoxlu səhvlər buraxdıqlarını deyib.
“Səfərdə "Qarabağ"a, sonra da "Loryan"a məğlubiyyətdə (2:3) harda səhv etdiyimizi bilirik. Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq”.