ÇL-də "Srvena Zvezda"nın oyununu azərbaycanlı hakim idarə edəcək

ÇL-də "Srvena Zvezda"nın oyununu azərbaycanlı hakim idarə edəcək

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov qadın komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

mediasport.az xəbər verir ki, o, C qrupunda ilk turun “Vakıfbank” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya) görüşünün hakimi olacaq.

Matç sabah İstanbulda keçiriləcək. Zülfüqarova yunanıstanlı Aleksandros Milonakis kömək edəcək.