“Azərreyl” bu gün avrokuboklarda yeni mövsümə start verəcək

“Azərreyl” bu gün avrokuboklarda yeni mövsümə start verəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda 2023/2024-cü illər mövsümünə start verəcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsində ilk matçına çıxacaq.

Ukraynanın “Balta” klubu ilə oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.


Çelenc Kuboku. 1/32 final. İlk oyun


20:00. “Azərreyl” (Azərbaycan) – “Balta” (Ukrayna)

Bakı. Voleybol Mərkəzi.