Azərbaycan çempionatının tarixlərində dəyişiklik edilib
Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixlərində dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, iyunun 25-28-də keçirilməsi nəzərdə tutulan çempionatın startı 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq turnirdə iştirakı səbəbindən təxirə salınıb.
Dəyişikliyə əsasən, ölkə birinciliyi iyulun 16-19-da təşkil olunacaq.