ACF imtahan təşkil edəcək

ACF imtahan təşkil edəcək

Oktyabrın 26-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

Mediasport.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi, rəsmi olaraq tanınması, gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.