Cüdoçularımız Sloveniyada təlim-məşq toplanışı keçirlər

Cüdoçularımız Sloveniyada təlim-məşq toplanışı keçirlər

Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət milli yığma komandasının üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Sloveniyanın Sloven Qradeç şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

MediaSport.az xəbər verir ki, hazırlıq prosesində gənclərdən ibərət komandamızın 7 üzvü iştirak edir.

Cüdoçulara yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edir. Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.