"Ümid edirəm ki, nəticələrimiz ötənilkindən zəif olmayacaq"
“Hazırlığıın əsas məqsədi "Paris-2024" Yay Olimpiya Oyunlarına daha yaxşı səviyyədə yollanmaqdır. Çünki bəzi çəki dərəcələrində lisenziyamız var".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında deyib.
O, hər bir idmançının şəxsi hədəflərinin olduğunu bildirib:
"Avropa və dünya çempionatlarında mübarizə aparacağıq. Burada idmançıların özlərini yaxşı tərəfdən göstərməsi vacibdir. Ümid edirəm ki, nəticələrimiz ötənilkindən zəif olmayacaq. Komandaya inanıram. Olimpiya Oyunlarına lisenziya qazanmaq ehtimalı olan cüdoçuların da formada olması önəmlidir".