Yığmamızın DÇ üçün yekun heyəti
6-13 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə Dünya çempionatı üçün milli komandamızın heyəti heyəti açıqlanıb.
MediaSport.az xəbər verir ki, bu ilin beynəlxalq səviyyədə ən mötəbər yarışı olan DÇ-də Azərbaycanı 11 idmançı təmsil edəcək. Mundiala ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.
Cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.
Dünya çempionatında fərdi yarışlar 6-12 oktyabr tarixlərində, komanda yarışları isə 13 oktyabrda Daşkənddə yerləşən “Humo Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil olunacaq Azərbaycan milli yığmasının heyəti aşağıdakı kimidir:
Qadınlar: -48 kq, Leyla Əliyeva. -52 kq, Gültac Məmmədəliyeva.
Kişilər: -60 kq, Kəramət Hüseynov. -66 kq, Orxan Səfərov və Yaşar Nəcəfov. -73 kq, Rüstəm Orucov və Hidayət Heydərov. -81 kq, Səid Mollayi. -90 kq, Məmmədəli Mehdiyev. -100 kq, Zelim Kotsoyev. +100 kq, Uşanqi Kokauri.