Cüdoçumuz Mehdi Cəfərov Avropa Kubokunda qızıl medal qazandı

Cüdoçumuz Mehdi Cəfərov Avropa Kubokunda qızıl medal qazandı

Cüdo yığmamızın üzvü Mehdi Cəfərov Latviyanın paytaxtı Riqa şəhərində start götürən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq 1-ci yerə çıxıb.

Azərbaycanı bu turnirdə 3 cüdoçu ilə təmsil olunur. Mehdi Cəfərovdan başqa Şamil Sadıqov (-73 kq) və Tamerlan Cabbarov (-90 kq) medal uğrunda yarışacaq.