Milli komandamız 16 medalla Avropa Kubokunda birinci olub
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi turnirdə 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb.
Yığmamız medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.
İkinci gündə isə oğlanlar arasında 81 kq-da Mehdi Abbasov və +90 kq-da Sübhan Axundov gümüş medala yiyələnib
Qızlar arasında isə 57 kq-da Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.