İdmançılarımız Beynəlxalq Belçika Açıq Cüdo turnirinə yollanırlar

İdmançılarımız Beynəlxalq Belçika Açıq Cüdo turnirinə yollanırlar

Azərbaycan cüdoçuları Beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, yarış Belçikanın Vise şəhərində keçiriləcək.

Yanvarın 27-28-də təşkil olunacaq turnirdə ölkəmiz kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Komandamız səfərə böyüklərdən ibarət yığmanın məşqçisi Rüstəm Alimlinin rəhbərliyi ilə yollanacaq.


-60 kq. 

Rövşən Əliyev 

-66 kq. 

Aydın Rzayev  

-73 kq. 

Nəriman Mirzəyev   

-81 kq. 

Məmmədrza Hacızadə 

Kərim Allahverdiyev 

İslam Kərimov  

-90 kq.  

Əjdər Bağırov 

Musa Hüseynli  

-100 kq.  

Hüseyn Dadaşov  

Ruslan Nəsirli  

+100 kq.  

Camal Feyziyev 

Kənan Nəsibov