Renat Dadaşovlu "Hatayspor" "Qalatasaray"ı əliboş yola salıb

 Renat Dadaşovlu "Hatayspor" "Qalatasaray"ı əliboş yola salıb

Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 24 yaşlı forvardımızın komandası 12-ci tur çərçivəsində doğma meydanda son çempion "Qalatasaray"la qarşılaşıb.

Renatın 88 dəqiqə meydanda olduğu matç Hatay təmsilçisinin əzmkar qələbəsilə yekunlaşıb - 2:1.

Volkan Dəmirəlin baş məşqçisi olduğu kollektiv 17 xalla 9-cu pilləyə yüksəlib.