1-ci Liqa: Vüsalın və Coşqunun komandaları üçün səfər sınağı

1-ci Liqa: Vüsalın və Coşqunun komandaları üçün səfər sınağı

Türkiyə 1-ci Liqasında 4-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçiriləcək.

Futbol üzrə milli komandamızın üzvlərindən Vüsal İsgəndərlinin komandası "Boluspor" və Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə növbəti matçlarını keçirəcəklər.

Turun digər oyunları 1-2 sentyabrda baş tutacaq.

Türkiyə 1-ci Liqası. 4-cü tur

31 avqust

18:00 "Keçiörəngücü" - "Boluspor"

20:15 "Ümraniyəspor" - "Fatih Karagümrük"

22:45 "Şanlıurfaspor" - "Bandırmaspor"

22:45 "Çorum Bələdiyyəspor" - "Sakaryaspor"