Renat üçün 8 dəqiqə - komandası səfərdə 3:0 hesablı qələbə qazandı
Türkiyə 1-ci Liqasında 7-ci turun görüşləri keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Yeni Malatyaspor"un qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat sona 8 dəqiqə qalmış meydana çıxıb.
Xallarını 13-ə yüksəldən "Ankaragücü" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.