"Qalatasaray" qələbəni son anda əldən verdi, "Beşiktaş" uduzdu

"Qalatasaray" qələbəni son anda əldən verdi, "Beşiktaş" uduzdu

UEFA Avropa Liqasının əsas mərhələsində 6-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 17 görüş keçirilib.

Azərbaycan çempionu "Qarabağ", Türkiyə təmsilçiləri "Qalatasaray" və "Beşiktaş" səfərdə oynayıblar.

Digər türk klubu "Astana" Qazaxıstanda "Çelsi" ilə üz-üzə gəlib.

Ağdam klubunun son iki tur rəqiblərindən "Olimpiakos" evdə, FKSB isə Almaniyada meydana çıxıb.

Tura dekabrın 11-də "Fənərbağça" - "Atletik" matçı (0:2) ilə start verilib.


UEFA Avropa Liqası. Əsas mərhələ. 6-cı tur


“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0

“Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0

PAOK (Yunanıstan) - “Ferensvaroş” (Macarıstan) 5:0

“Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2

“Yunion Sent Jiluaz” (Belçika) - “Nitsa” (Fransa) 2:1

“Ludoqores” (Bolqarıstan) - AZ (Niderland) 2:2

“Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2

“Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0

“Portu” (Portuqaliya) - "Midtyulland" (Danimarka) 2:0

“Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3

“Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1

“Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2

“Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0

“Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2

“Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1

“Budö Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1

“Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0