Milli komandamız Bakıda Moldova yığması ilə qarşılaşır - DÇ-2023

Milli komandamız Bakıda Moldova yığması ilə qarşılaşır - DÇ-2023

Bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunan Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

MediaSport.az xəbər verir ki, "A" qrupunda yer alan yığmamız Moldova futbolçuları ilə qarşılaşacaq.

“Su İdman Sarayı”nın çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlanacaq.

Qrupun digər görüşündə İtaliya və Estoniya komandaları görüşəcəklər.


Azərbaycan millisinin heyəti:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov;

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qürbətov.