Daha 7 çəkidə Azərbaycan çempionları müəyyənləşib

Daha 7 çəkidə Azərbaycan çempionları müəyyənləşib

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Bundan başqa, yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Ümumilikdə 7 çəkidə qaliblər müəyyənləşib.

Bu gün yunan-Roma güləşi üzrə son 7 çəkidə Azərbaycan çempionları müəyyənləşəcək.


Azərbaycan çempionatı. Sərbəst güləş


86 kq

1. Maqomed-Taxir Xaniyev (AGF)

2. Arseniy Djioyev (AGF)

3. Əli Nurov (AGF), Sadiq Mustafazadə (İmişli)


92 kq

1. Şamil Zubairov (AGF)

2. Anar Cəfərli (Neftçi)

3. İbrahim Yusubov (Zenit), Abdulcəlil Şabanov (Abşeron, “Neftçi”)


97 kq

1. Hacımurad Maqomedsaidov (AGF)

2. Rəvan Musayev (Olimpsport)

3. Zəfər Əliyev (Masallı), Aslan Abakarov (AGF)


125 kq

1. Vaxit Qalayev (AGF)

2. Yusif Dursunov (Neftçi)

3. Aydın Əhmədov (Abşeron, “Neftçi”), Ayxan Mərdanov (Şəmkir)


Yunan-Roma güləşi


55 kq

1. Rəşad Məmmədov (Şəmkir, “Neftçi”)

2. Tural Mehtiyev (Şirvan)

3. Elmir Əliyev (Neftçi), Hüseyn Qəribov (Pəhləvan)


60 kq

1. Nihad Quluzadə (Neftçi)

2. Ziyad Zeynalov (Neftçi)

3. Sakit Quliyev (Neftçi), İlkin Qurbanov (MİK)


63 kq

1. Ziya Babaşov (Cəlilabad, “Neftçi”)

2. Nihat Məmmədli (Neftçi)

3. Şamil Sultanəliyev (Məhsul), Fərid Baxışlı (Spartak)