Fransanı təmsil edən azərbaycanlı idmançı dünya üçüncüsü oldu
Güləş üzrə veteranların Dünya çempionatında Fransanı təmsil edən azərbaycanlı güləş ustası üçüncü yerə layiq görülüb.
mediasport.az xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən yarışda Mürşüd Məmmədov yunan-Roma növündə bürünc medal qazanıb.
Mürşüd Məmmədov 1984-cü ildə Bakıda anadan olub, 2010-cu ildən Fransada yaşayır. Həmyerlimiz 1996-cı ildən güləşlə məşğul olur.