Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazandı
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində finala yüksələn Cocu Səmədov həlledici dueldə qırğızıstanlı Asan Zanyşovla üz-üzə gəlib.
Rəqibinə 0:8 hesabı ilə uduzan idmançımız mundialı gümüş medalla başa vurub.
Yunan-Roma güləşçilərimizdən Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq
Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Mikayıl İsmayılov (97 kq) və Məzaim Mərdanov (130 kq) ümidləri doğrultmayıblar.
Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur.
Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.