Daha bir tanınmış məşqçi xərçəng xəstəliyindən dünyasını dəyişdi
Almaniyalı Kristof Daumun ardından daha bir məşhur məşqçi xərçəng xəstəliyinin qurbanı oldu.
Mediasport.az xəbər verir ki, tanınmış isveçli mütəxəssis Sven-Yoran Eriksson dünyasını dəyişib.
76 yaşlı skandinav bu gün vəfat edib.
İngiltərə və Meksika millilərinin sabiq baş məşqçisi İtaliyada “Roma”, “Fiorentina”, "Latsio, İngiltərədə “Mançester Siti”, Portuqaliyada "Benfika" və bir çox klubları çalışdırıb.