Üçqat Avropa çempionumuzun prokuror atası vəfat edib - FOTO
Tanınmış azərbaycanlı şahmatçı Rauf Məmmədova ağır itki üz verib.
Mediasport.az xəbər verir ki, üçqat Avropa çempionunun atası Əhməd Məmmədov 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Məmmədov uzun müddət prokurorluq orqanlarında çalışıb və baş ədliyyə müşaviri olub.
Onun sonuncu iş yeri Nəsimi Rayon Prokurorluğu olub.
Allah rəhmət eləsin!