Braziliya və İsveçrə də pley-offda - 1/8 finalın bütün iştirakçıları rəsmiləşdi

Braziliya və İsveçrə də pley-offda - 1/8 finalın bütün iştirakçıları rəsmiləşdi

DÇ-2022-də final mərhələsinin qrup oyunlarına yekun vuruldu.

mediasport.az xəbər verir ki, Braziliya və İsveçrə yığmaları ilə 1/8 finalda iştirak edəcək bütün komandaların adları rəsmiləşdi.

3-cü tur görüşünə formal oyun kimi çıxan beşqat dünya çempionları Kamerun yığmasına məğlub olsalar da, qrupu lider başa vurdular. Serbiya - İsveçrə matçında isə birincilər ilk hissədə əldə etdikləri üstünlüyü qoruya bilməyərək pley-off şanslarını qaçırdılar.


Dünya Kuboku-2022. 1/8 final cütlükləri


03.12.2022
19:00 Niderland – ABŞ

Stadion: "Xəlifə Beynəlxalq Stadionu"

23:00 Argentina – Avstraliya

Stadion: "Əhməd bin Əli"


04.12.2022

19:00 Fransa – Polşa

Stadion: "Əl Tumama"

23:00 İngiltərə – Seneqal

Stadion: "Əl Beyt"


05.12.2022

19:00 Yaponiya – Xorvatiya

Stadion: "Əl Cənub"

23:00 Braziliya – Cənubi Koreya

Stadion: "Stadion 974"


06.12.2022

19:00 Mərakeş – İspaniya

Stadion: "Edukeyşn Siti"

23:00 Portuqaliya – İsveçrə

Stadion: "Lusail"