3 milyona yaxın bilet satılıb
Noyabrda Qətərdə başlanacaq Dünya çempionatının oyunları üçün satılmış biletlərin sayı açıqlanıb.
mediasport.az xəbər verir ki, hələlik 2,89 milyon bilet sahibini tapıb.
Mundialın matçlarına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və Almaniyadan olan azarkeşlər daha çox maraq göstərib. Təşkilatçılar fanatların yerləşdirilməsi üçün otel və yaşayış komplekslərində 30 min əlavə nömrənin ayrılacağını bildirib. Çempionat zamanı Qətərdə bir neçə nəfərlik otaqda gecələmənin qiyməti 80 dollardan başlayacaq.
Mundial 20 noyabr-18 dekabr tarixlərində təşkil ediləcək.