İngiltərə millisi Qətərdə ilk oyununa ciddi itki ilə çıxacaq - DÇ-2022
İngiltərə millisi Dünya çempionatında start qarşılaşmasına ciddi itki ilə çıxacaq.
mediasport.az xəbər verir ki, Qaret Sautgeyt mundialın ilk matçında Kayl Uolkerin xidmətindən yararlana bilməyəcək.
32 yaşlı müdafiəçi “Mançester Yunayted”lə oyundan (6:3) sonra əməliyyat edilmişdi. Onun İrana qarşı görüşdə forma geyinməyəcəyi dəqiqləşib.