DÇ-2022: Ronaldodan tarixi göstərici, Portuqaliya Qanadan üstün oldu

DÇ-2022: Ronaldodan tarixi göstərici, Portuqaliya Qanadan üstün oldu

Qətər Dünya Kubokunda daha bir dramatik qarşılaşmaya meydan olub.

mediasport.az xəbər verir ki, Portuqaliya - Qana matçı son dərəcə gərgin alınıb.

İlk hissədə 0:0 hesablı bərabərlik qeydə alınsa da, fasilədən sonra 5 qol vurulub və Pireney yarımadası təmsilçisi son anda 3 xalı təmin edib - 3:2.

Dueldə hesabı açan dünya ulduzu Kriştiano Ronaldo isə qol vurmaqla 5 mundialda fərqlənmiş yeganə futbolçu ünvanına sahib çıxdı.