DÇ-də 1/4 final - Xorvatiya Braziliyaya, Niderland Argentinaya qarşı

DÇ-də 1/4 final - Xorvatiya Braziliyaya, Niderland Argentinaya qarşı

Dünya Kuboku artıq daha həyəcanlı mərhələyə qədəm qoyur.

mediasport.az xəbər verir ki, bu gün Qətər mundialında 1/4 final görüşlərinə start veriləcək.

Bu mərhələni də uğurla dəf edən yığma komanda artıq DÇ-2022-də azı 4-cü yeri tutmuş sayılacaq ki, dünyanın 4 ən güclü millisindən biri olmaq istənilən halda uğurdur.

İlk öncə meydana son Dünya ikincisi Xorvatiya yığması ilə Braziliya futbolçuları çıxacaqlar. Gecənin matçında Niderland millisinin rəqibi Lionel Messili Argentina yığması olacaq.

1/4 finalın digər 2 qarşılaşması sabah keçiriləcək. Portuqaliya Mərakeş, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.


Dünya Kuboku-2022. 1/4 final mərhələsi


19:00. Xorvatiya - Braziliya

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edukeyşn Siti" stadionu


23:00. Niderland - Argentina

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu