İsveçrə yığması mundiala qələbə ilə başladı, qol vuran sevinmədi - VİDEO
Dünya Kubokunun final mərhələsində qrupun ilk oyununa çıxan İsveçrə yığması mundiala qələbə ilə başlayıb.
mediasport.az xəbər verir ki, Murat Yakının baş məşqçisi olduğu milli Kamerunu Bril Embolunun yeganə qolu ilə üstələyib.
Maraqlıdır ki, 25 yaşlı forvard məhz kamerunlu olduğu üçün vurduğu qolu bayram etməyib.