Uruqvay millisinin Dünya Kuboku üçün ilkin heyəti: hələlik 56 futbolçu
Uruqvay millisinin Qətərdə keçiriləcək Dünya Kuboku üçün geniş heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, ilkin siyahıya 56 futbolçunun adı daxil edilib, yekunda onlardan 26-sı seçiləcək.
"Qalatasaray"dan qapıçı Fernando Muslera, yarımmüdafiəçi Lukas Torreyra, "Fənərbağça"dan Dieqo Rossi, "Trabzonsport"dan isə Maksi Qomes də geniş heyətə daxil edilib.
Cənubi Amerikə təmsilçisi noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq DÇ-2022-də Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.