DÇ-2026: Braziliya və Uruqvay böyükhesablı qələbələr qazanıb

DÇ-2026: Braziliya və Uruqvay böyükhesablı qələbələr qazanıb

Cənubi Amerika zonası üzrə DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma keçirilib.

Mediasport.az xəbər verir ki, 5-qat dünya çempionu Braziliya mərhələyə darmdağınla başlayıb.

Uruqvay yığması da inamlı qələbəyə sevinib.


DÇ-2026. Cənubi Amerika zonası. Seçmə qrup mərhələsi. 1-ci tur


Uruqvay - Çili 3:1

Qollar: Nikolas de la Kruz, 38, 71, Federiko Valverde, 45+2 - Arturo Vidal, 74.


Braziliya - Boliviya 5:1

Qollar: Rodriqo, 24, 53, Rafinya, 47, Neymar, 61, 90+3 - Viktor Abreqo, 78.

Qaçırılmış penalti: Neymar, 1.