DÇ-də iştirak edəcək futbolçulara 209 milyon dollar ödənəcək
FİFA bu il Qətərdə keçiriləcək Dünya çempionatı üçün klublara ümumilikdə 209 milyon ABŞ dolları ödəyəcək.
mediasport.az xəbər verir ki, bu, mundialda futbolçuları iştirak edəcək klublara aiddir.
Rəsmi hazırlıq dövrü daxil olmaqla, oyunçuların yarışda qaldığı hər gün üçün təzminat nəzərdə tutulub. DÇ-2022 zamanı yığmada olan hər futbolçu üçün gündəlik 10 min ABŞ dolları nəzərdə tutulub. Məbləğ oyunçuların Dünya çempionatınadək iki il ərzində oynadığı bütün klublara ödəniləcək.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-ə qədər keçiriləcək.